İZOLYASİYA MATERİALI 

HİDRO İZOLYASİYA 

Temperaturun qalxıb düşməsi baş verdikdə, həm dam örtüyünün üstündə, həm də altında kondensasiya yaranır. Kondensat havadan əmələ gələn sudur. O, tikinti konstruksiyalarına dağıdıcı təsir göstərir. Suyu yığmaq və nova axıtmaq üçün hidro izolyasiya materialı istifadə olunur.

İSTİLİK İZOLYASİYASI 

İstilik izolyasiyası binanı küçə temperaturunun qalxıb düşməsindən qorumaq üçün vacibdir. O, qışda otaqda isti havanı saxlayır, yayda isə sərinlik bəxş edir. Düzgün quraşdırılmış istilik izolyasiyası enerji xərclərinə qənaət edir. Mineral pambıq ( daş yunu ) istilik izolyasiyası materialı kimi geniş istifadə olunur.

BUXAR İZOLYASİYASI 

Buxar izolyasiyası tikinti strukturlarını və istilik izolyasiyasını otaq içərisindən buxarın daxil olmasından qoruyur.

Dil seçin